Bu günün tarixi (13.07.2014)
Bizi izləyin

Qırmızı.az

Bu günün tarixi (13.07.2014)

1923-cü ildə 14 metrlik hərflərlə Los Ancelesdəki Hollivud təpəsinə məhşur “Hollywood” yazısı yazılıb

Miladi: 13 iyul 2014
Hicri: 15 Ramazan 1435

İlin 194-cü günü
İlin sonuna 171 gün qalır

Bu günün namaz vaxtları
Fəcr - 04.53
Günəş - 06.21
Zöhr - 13.50
Əsr - 18.28
Məğrib – 21.28
İşa – 23.11

1789-cu ildə “Peterburqdan Moskvaya səyahət” kitabının müəllifi Aleksandr Radişev həbs edilib.

1793-cü ildə fransız elm adamı və tibb doktoru Jan-Pol Marat vəfat edib.

1830 - Rusiya çarı I Nikolay Azərbaycandan Sibirə və başqa yerlərə sürgün edilmiş şəxslərin bağışlanılması, onların müsadirə edilmiş torpaqlarının özlərinə qaytarılması haqqında qanun imzalayıb. Bu qərar işğal olunmuş Azərbaycan torpaqlarında rus işğalına qarşı kəndli çıxışlarını səngitmək niyyəti daşıyırdı.

1841-ci ildə Rusiya, İngiltərə, Fransa, Prussiya və Türkiyə arasında İstanbul (Bosfor) və Çanaqqalla (Dardanel) boğazından xarici hərbi gəmilərin keçməsini qadağan edən saziş imzalanıb.

1882-ci ildə Rusiyada ilk telefon stansiyası işə salınıb.

1908-ci ildə Qadınlar ilk dəfə müasir olimpiya oyunlarında (Londonda) iştirak edib.

1918-ci ildə ADR-də səyyar hərbi xəstəxanaların yaradılmasına başlanıb.

1923-cü ildə 14 metrlik hərflərlə Los Ancelesdəki Hollivud təpəsinə məhşur “Hollywood” yazısı yazılıb.

1926-cı ildə Xalq rəssamı Vidadi Nərimanbəyov Fransanın Kann şəhərində anadan olub.

1930-cu ildə Uruqvayda futbol üzrə ilk dünya çempionatı keçirilib.

1942-ci ildə ABŞ aktyoru Harrison Ford anadan olub.

1947-ci ildə Avropanın xarici işlər nazirləri “Avropanın bərpası planı”nı təsdiq ediblər.

1951-ci ildə avstriyalı bəstəkar Arnold Şönberg vəfat edib.

1953-cü ildə türkiyəli aktyor Selcuq Yöntəm anadan olub.

1954-cü ildə meksikalı rəssam Frida Kahlo vəfat edib.

1954-cü ildə türkiyəli müğənni Sezen Aksu anadan olub.

1974-cü ildə italyan Formula 1 sürücüsü Jarno Trulli anadan olub.

1977-ci ildə Nyu-York tarixində ilk dəfə 25 saat ərzində elektrik kəsilməsi ictimai asayişin pozulmasına səbəb olub.

1992-ci ildə Azərbaycan Respublikası Oman ilə diplomatik əlaqələr qurub.

1996 - Prezident Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və Avropa İnsan Haqları Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib. Bundan az öncə (28 iyun 1996) Azərbaycan Avropa Şurasında "xüsusi dəvət edilmiş qonaq" statusu almışdı.

2000-ci ildə akademik Çingiz Cuvarlı vəfat edib.

2006 - Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan (Adana vilayəti) limanında Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təntənəli açılışı keçirilib. Mərasimdə Azərbaycan, Türkiyə, Gürcüstan prezidentləri, layihədə təmsil olunan neft şirkətlərinin rəhbərləri, ümumilikdə 30-dək ölkənin nümayəndə heyəti iştirak etmişdi. BTC-nin açılışı Azərbaycanın müstəqil neft strategiyasının zəfəri idi. 1999-cu ilin 18 noyabrında BTC-yə dair "İstanbul bəyannaməsi"nin imzalanması ilə başlanan yol uğurla başa çatmışdı. BTC-nin uzunluğu 1768 km (443 km Azərbaycan, 249 km Gürcüstan, 1076 km Türkiyə ərazisində), gündəlik nəql gücü 1 mln. barreldir.

2007-ci ildə Azərbaycan və Türkiyə arasında təmənnasız hərbi yardım haqqında Saziş imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm