Çimərlikdə hicab qadağası ləğv edildi
Bizi izləyin

Qırmızı.az

Çimərlikdə hicab qadağası ləğv edildi

Fransa çimərlikdə hicab qadağasını ləğv etdi.

Axar.az xəbər verir ki, Fransa məhkəməsi hicablı qadınların çimərliklərə girməsinə qoyduğu qadağanı pozub.

İslam əleyhdarlığı ilə Mübarizə Dərnəyi üzvlərinin şikayəti əsasında məhkəmə qadağa qərarının qaldırıb.

Məhkəmə həmçinin bu qadağanın "dini ayrımçılıq ehtiva etdiyinə və respublika prinsiplərinə zidd olduğuna" görə yeni hökm çıxarıb.

İyulun 8-də iki hicablı qadının çimərliyə girmələrinə qadağa qoyulması fransada böyük səs-küyə səbəb olmuşdu.

Qeyd edək ki, Fransanın Vissous Bələdiyyə başçısı Riçard Trinqer şəhərdəki çimərliklərə dini simvol daşıyanların girişini qadağan edən qərar çıxarmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm