Ələt-Astara yolunda qəza
Bizi izləyin

Qırmızı.az

Ələt-Astara yolunda qəza

Salyan rayonu, Ələt-Astara yolunun 84-cü km-də “Ford” markalı mikroavtobusla “BMW” markalı minik avtomobili toqquşub.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hər iki avtomobil deformasiyaya uğrayıb, “BMW” markalı minik avtomobilinin sürücüsü xəsarət alaraq nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 07:12-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm