• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qeydiyyata alınan hüquqi şəxslərin sayı açıqlandı

Qeydiyyata alınan hüquqi şəxslərin sayı açıqlandı

Cari ilin altı ayında qeydiyyata alınmış 5042 hüquqi şəxsin 945-i dövlət mülkiyyətinə aiddir.

ANS PRESS-in məlumatına görə, ölkədə müəssisə və təşkilatların sayı artmaqda davam edir.

Bu müddət ərzində 5042 hüquqi şəxs qeydiyyata alınıb. Onlardan da 945-i dövlət mülkiyyətinə, 4097-si xüsusi mülkiyyətə aid olub. Xüsusi mülkiyyətə malik olan müəssisələrin 279-u tam xarici investisiyalı, 71-i isə birgə müəssisədir.

Yeni müəssisələrin 47,8 faizi Bakıda, 11,6 faizi Aran, 8,6 faizi Lənkəran, 8,1 faizi Abşeron iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Vergilər Nazirliyinin məlumatına əsasən, 2014-cü ilin yanvar-iyun aylarında 38581 fiziki şəxs qeydiyyatdan keçib.

Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR