• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Hollivud ulduzu istidən öldü

Hollivud ulduzu istidən öldü

Dünyaca məşhur aktyor Deyv Legeno vəfat edib.

Axar.az xəbər verir ki, aktyor Kaliforniyada çöl vadisində dünyasını dəyişib.

Qeyd edək ki, xeyli axtarışlardan sonra onun cəsədi “Ölüm vadisi” adlanan çöllükdə tapılıb. Tibbi ekspertiza keçirildikdən sonra məlum olub ki, aktyor istidən ölüb.

Aktyorun dostları verdikləri açıqlamada birlikdə idman etdiklərini, lakin aktyorun qəflətən gözdən itdiyini bildiriblər.

Ekspertiza zamanı məlum olub ki, aktyor 50 dərəcə istidə ürək tutmasından ölüb.

50 yaşlı Hollivud ulduzu ən çox “Harri Potter” filmində oynadığı “Fenrir Qreybak” rolu ilə yaddaşlarda qalıb.

O, “Batman”, “Prinses və ovçu”, “Snaç” kimi filmlərdə rol alıb. Həmçinin, mərhum aktyor peşəkar döyüş ustası idi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR