Dolmanın içindən tiryək çıxdı (FOTO)
Bizi izləyin

Qırmızı.az

Dolmanın içindən tiryək çıxdı (FOTO)

3 saylı İstintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

ANS PRESS-in Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən məlumatına görə, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 maddəsinə əsasən həbsdə saxlanılan şəxs Fərəc Ədalət oğlu Muradova dayısı İlham Mürşüd oğlu Bayramovun gətirdiyi sovqata baxış keçirilən zaman, plastmas qabda olan kələm dolmasının içərisində sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 14.663 qram olan narkotik vasitə - “Tiryək” aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm