Ötən gecənin qara olayları - Xronika
Bizi izləyin

Qırmızı.az

Ötən gecənin qara olayları - Xronika

Publika.az FHN-nin rəsmi saytına istinadən bu gecə ölkəmizin bölgələrində baş verən hadisələrin xronikasını təqdim edir:

Abşeron rayonu, Xırdalan şəhərində dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 48 kv.m olan 3 otaqlı mənzilin döşəməsi və qapı-pəncərəsi yanıb. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın saat 05:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Masallı rayonu, Qızılağac kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə və damına yığılmış 20 ton ot bağlamasının 10 tonu yanıb. Ot bağlamasının və tövlənin qalan hissəsi yanğında mühafizə olunub. Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər dördmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq mənzilə daxil olublar. Mənzilə baxış keçirilərkən insan faktoru aşkarlanmayıb. Əməliyyat saat 01:58-də başa çatıb.

***

Cəlilabad rayonu, Gülməmmədli kəndində (rayon mərkəzindən 24 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan talvarın yanar konstruksiyası 55 kv.m sahədə və talvarın altına yığılmış 21 ton ot bağlamasının 15 tonu yanıb. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Lerik rayonu, Qədimküçə kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan tövlənin yanar konstruksiyaları 52 kv.m sahədə və altında yığılmış 6 ton ot bağlamasının 2 tonu yanıb. Talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Quba rayonu, Əlibəyqışlaq kəndində (rayon mərkəzindən 10 km aralı) transformatorun kabeli 2 p.m yanıb. Transformator yanğından mühafizə olunub. Yanğın saat 00:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Lənkəran rayonu, Veravul kəndi ərazisində “VAZ” markalı minik avtomobili və “BELARUS” markalı qoşqulu traktor toqquşub. Nəticədə, minik avtomobilinin sürücüsü - 1994-cü il təvəllüdlü Elmar Ağagül oğlu Şanbanov hadisə yerində ölüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə E.Şabanovun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:27-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm