• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Sürücülərə müjdə: yol polisinin cərimələrindən yarım aylıq güzəşt varmış

Sürücülərə müjdə: yol polisinin cərimələrindən yarım aylıq güzəşt varmış

Yol polisi tərəfindən cəzalandırılan sürücülərə qanunda bəzi güzəştlər var.

Sürücü cəriməsini beş gün ərzində ödəyərsə, 10 faiz güzəşt əldə edir. Lakin sürücülər iddia edirlər ki, cəriməni beş gün ərzində banklarda ödəmək olmur, səbəb isə sistemə həmin məlumatların yerləşdirilməməsidir.

Natiq adlı sürücü milli.az-a yazır ki, bir neçə gün əvvəl qayda pozuntusu etdiyi üçün yol polisi tərəfindən cərimələnib. İki gün sonra cəriməni ödəmək üçün banka gestə də, ona bildirilib ki, cərimə edilməsi ilə bağlı sistemdə heç bir məlumat yoxdur.

“Başa düşmürəm, qanun deyir ki, beş gün ərzində ödəsən, güzəşt olunur. Bəs sistemə niyə oturulmur? Güzəştdən necə yararlansın bu sürücü?” - deyə oxucu yazır.

Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, sürücü barədə yol polisi tərəfindən yerində qərar veriləndən sonra cərimənin ödənişi üçün verilən üç gün müddət artıq beş olub. Beş günlük müddət isə sürücünün cərimə olunması ilə bağlı qərarın qanuni qüvvəyə minməsindən sonra hesablanır.

Şöbə rəisinin sözlərinə görə, qərarın qanuni qüvvəyə minməsi üçün 10 gün vaxt verilir. Sürücünün 10 gün ərzində həmin qərardan apellyasiya şikayəti vermək hüququ var. Əgər sürücü şikayət vermədisə, qərar qüvvəyə minir. Bu, o deməkdir ki, vətəndaşın 15 gün cəriməsini güzəştli ödəmək imkanı var.

K.Əliyev qeyd edib ki, beş gün bəzən istirahət və bayram gününə düşərsə, 6 və ya 7 gün də ola bilər. Bu isə o deməkdir ki, vətəndaşın cəriməni güzəştli ödəmək üçün 16-17 günü var.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR