Məşhur “Alov Qülləsi”ndə cinayət
Bizi izləyin

Qırmızı.az

Məşhur “Alov Qülləsi”ndə cinayət

Bakının məşhur “Alov Qüllələri” kompleksində oğurluq hadisəsi olub. Səbail Rayon Polis İdarəsindən Publika.az-a verilən xəbərə görə, hadisə kompleksin yerləşdiyi Parlament prospektində qeydə alınıb.

Məlumata görə, orada usta işləyən Hicran Məmmədovun 700 manat pulu və sənədləri oğurlanıb. Bu barədə polisə ərizə ilə müraciət edən zərərçəkən bildirib ki, həmin gün əməkhaqqı alıb və pulu zirzəmidə geyinib-soyunma otağında şalvarının cibinə qoyub. Lakin axşam saatlarında işdən sonra evə getməyə hazırlaşarkən əynini dəyişib. Bu zaman pulları və sənədlərini yerində görməyib.

Polis hadisəni törədən şəxsin orada çalışan işçilərdən biri olduğunu istisna etmir.

Hadisəni törədən şəxsin məsuliyyətə cəlb edilməsi istiqamətində araşdırma aparılır. Faktla bağlı Səbail Rayon Polis İdarəsində oğurluq maddəsi ilə cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm