Qırmızı.az
Polis Qusar meşəsində əməliyyat keçirdi: 2 nəfər saxlanıldı
Ötən gün Qusar rayonunda ağacları məhv edən iki nəfər iş başında yaxalanıb. Qusar rayon polis şöbəsindən ANS PRESS-in bölgə müxbirinə istinadən verdiyi məlumata görə, dünən polisə məlumat daxil olub ki, iki nəfər meşəliyi məhv edir. Daxil olan məlumata əsasən polislər Qusar Meşə Mühafizə və Bərpası müəssisəsinin 24 saylı Meşə Dolayında əməliyyat keçiriblər. Əməliyyat zamanı Quba rayonunun Kürkün kənd sakinləri Alim Adigözəl oğlu Abdullayev və 1992-ci il təvəllüdlü Səfa Vəliyulla oğlu Alışov ağacları kəsərkən yaxalanıblar.
Polis onlara məxsus 2 ədəd “Tayqa” markalı elektrik mişarı və 2
ədəd “UAZ” markalı avtomobili tapıb. Avtomobillər kəsilmiş
ağaclarla dolu olub.
Araşdırmalar zamanı məlum olub ki, onlar həmin gün 2 ədəd 35
diametrli vələs, 3 ədəd 50-60 diametrli fıstıq ağaclarını kökündən
kəsilərək, xüsusi formalarda doğrayıblar. Ehtimal olunur ki, onlar
ağacları Bakıdakı taxta sexlərinə aparırmışlar.
Müəssisənin gözətçisi Qədim Qədimovun ANS PRESS-in bölgə müxbirinə
açıqlamasında bildirib ki, ağaclar qeyri-qanuni kəsilib. Kəsilən
ağacların hamısı yaşıl və sağlam olub.
Rayon polis şöbəsinn rəisi Arif Əsədovun ANS PRESS-in bölgə
müxbirinə verdiyi məlumata görə, fakt ciddi şəkildə araşdırılır.
Həmin şəxslərin izahatları alınıb və hələlik onlar sərbəst
buraxılıblar. Rəisin sözlərinə görə, onlara heç bir güzəşt
olunmayacaq. Hazırda mütəxəssislər onların meşəyə vurduqları ziyanı
hesablayırlar. Onlar müəyyən olunan məbləğ müqabilində
cərimələnəcəklər.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom