İyulun 16-dan temperatur yüksəlməyə başlayacaq
Bizi izləyin

Qırmızı.az

İyulun 16-dan temperatur yüksəlməyə başlayacaq

Sabah gündüzdən başlayaraq, Azərbaycanda yağıntıların tədricən kəsiləcəyi, sonrakı günlərdə isə temperaturun tədricən yüksələcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a bildirib ki, ötən günlərlə müqayisədə sərin hava şəraiti əsasən, bu gün müşahidə olunacaq. Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Hava küləkli olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.


Bakıda və Abşeron yarımadasında bu gün gündüz saatlarında havanın temperaturu 28 dərəcəyədək isti olacaq.

Azərbaycanın rayonlarında dad a bu gün bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli, intensiv olacağı gözlənilir.

Aran rayonlarında havanın temperaturu gündüz 30-35, dağlarda 19-24 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm