Bakıda kişi ürəyindən vuruldu
Bizi izləyin

Qırmızı.az

Bakıda kişi ürəyindən vuruldu

Paytaxtın Sabunçu rayonu ərazisində, meşə massivində kişi meyiti tapılıb.

Rayon Polis İdarəsinin Cinayət Axtarış Bölməsindən Publik.az-a verilən məlumata görə, hadisə yerinə gələn polis və prokurorluq orqanları əməkdaşları meyitə baxış keçirən zaman ürək nahiyəsində bıçaq xəsarətləri aşkar ediblər. Təqribən 25-30 yaşlarında olan kişi meyiti morqa təhvil verilib. Nə mərhumun yaxınlarının, nə də hadisəni törədən şəxsin və şəxslərin kimliyi hələ məlumdur. Bununla bağlı polis araşdırmalara başlayıb.

Faktla bağlı cinayət işi də başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm