Ağaca çıxan 74 yaşlı qadın yıxılıb öldü
Bizi izləyin

Qırmızı.az

Ağaca çıxan 74 yaşlı qadın yıxılıb öldü

Zaqatalada armud ağacına çıxan 74 yaşlı qadın yıxılaraq ölüb.


Rayon polis şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə iyulun 12-də Zaqatala rayonunun Əliabad kəndində baş verib.


Belə ki, səhər saatlarında 1940-cı il təvəllüdlü Gözəl Vəliyeva armud ağacından yıxılıb. Qadının bütün qabırğaları sınıb və kəllə-beyin travması alıb. Yaşlı qadını xəstəxanaya aparıblar. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.


Qeyd edək ki, həftənin şənbə günləri Əliabad qəsəbəsində kənd təsərrüfatı məhsullarının yarmarkası keçirilir. Gözəl Vəliyeva da bazarda satmağa armud aparmaq istəyib. Qayınana gəlini ilə ağaca çıxıb. Yaşlı qadın ehtiyatsızlıqdan yıxılıb.


Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm