Azərbaycanda hektarlarla ərazi yanır
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda hektarlarla ərazi yanır

Şamaxıda şəhərin ümumi məişət tullantılarının töküldüyü ərazidə yanğın 1 həftədir ki, davam edir. Kanal S xəbər verir ki, hektarlarla ərazini öz cənginə alan yanğın gündən-günə çoxalır. Tonlarla yığılıb qalan tullantılar gah sönür, gah da alovlanır. Zəhərlı hava şəhəri, demək olar ki, tamamilə öz cənginə alıb.


Şəhərin bütün küçələri qara tüstüyə bürünüb. Avtomobillər yollarda çətinliklə idarə olunur. Burada nəfəs almaq belə çox çətindir. Sakinlər, xüsusən də yaxınlıqdakı evlərdə qalanlar 1 həftədir ki, bu zəhərli tüstünü udmalı olurlar. Yanğının baş verdiyi ərazinin miqyası olduqca böyükdür.


8 gündür yanğını söndürmək üçün ərazidə Şamaxı rayon FHN-nin yanğından mühafizə idarəsinin yanğınsöndürənləri çalışır, saatlarca ərazidə növbə çəkilir. Küləyin əsməsi isə alovların söndürlməsinə mane olur. Yanğının baş verdiyi əraziyə torpaq töküldüyündən altda qalan alovlar təkrar tüstülənir. Hazırda yanğın nəzarətdə saxlanılır. Rayon rəhbərliyi isə yanğının tez bir zamanda söndürülməsi yönündə işlər aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm