• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Hesablama Palatası Masallı Rayon İcra Hakimiyyətini yoxlayacaq

Hesablama Palatası Masallı Rayon İcra Hakimiyyətini yoxlayacaq

Hesablama Palatası Masallı Rayon İcra Hakimiyyətinə ayrılmış dövlət vəsaitinin istifadəsinin auditini aparacaq.

Publika.az Palatanın saytına istinadən xəbər verir ki, Hesablama Palatasının 2014-cü il iyul ayının 11-də keçirilən Kollegiya iclasında Neftçala Rayon İcra Hakimiyyətinə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Biləsuvar Suvarma Sistemləri İdarəsinə və Cənub Muğan kanalı İstismar İdarəsinə ayrılan vəsaitlərin istifadəsinə dair həyata keçirilmiş audit tədbirlərinin nəticələri barədə Hesabat və Rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiyada, eyni zamanda, Masallı Rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin istifadəsinə dair Audit proqramı müzakirə edilərək təsdiq olunmuşdur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR