Azərbaycanda 35 yaşdan sonra ailə quranların sayı artıb
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda 35 yaşdan sonra ailə quranların sayı artıb

Azərbaycanda 35 yaşdan sonra ailə quranların sayı artıb.

Trend-in Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin statistik məlumatlarına əsasən verdiyi məlumata görə, son 23 ildə Azərbaycanda rəsmi nikahlar ən çox 2011-ci ildə bağlanıb. Lakin bu müddətdə yaşı 35-dən yuxarı olan kişilər tərəfindən bağlanan nikahların sayına görə ən yüksək göstərici ötən il qeydə alınıb.

2011-ci ildə ümumi nikahların yalnız 11 808-i yaşı 35 və daha yuxarı olan kişilər tərəfindən bağlanılıb. 2012-cı ildə bağlanmış 79 065 nikahın 10 948-i, 2013-cü ildə 86 852 nikahın 12 186-da bəylərin yaşı 35 və daha yuxarı olub.

Nikah bağlayan gəlinlər arasında yaşı 35-i ötənlərin sayı çoxalıb.

Son 23 ildə ən çox nikah 2011-ci ildə bağlansa da, yaşı 35-i ötən qadınlar tərəfindən bağlanan nikahların sayına görə ən yüksək göstərici kişilər arasında olduğu kimi, ötən il qeydə alınıb.

2011-ci ildə ölkədə bağlanmış ümumi nikahların 5680-də , 2012-ci ildə 5545-də, 2013-cü ildə 6311-də qadınların yaşı 35 və daha yuxarı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm