Qırmızı.az
Səhiyyə Nazirliyindən ölən qadınlarla bağlı AÇIQLAMA
Azərbaycan Səhiyyə Nazirliyi Hacıqabulda abortdan, Qazaxda isə doğuşdan sonra dünyalarını dəyişən qadınlarla bağlı rəsmi məlumatını açıqlayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, iyulun 14-də Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında 24 yaşlı Əzizova Əsmər bir necə gün əvvəl etdirdiyi abortdan sonra dünyasını dəyişib.
Abortdan sonra səhhəti kəskin pisləşmiş Ə.Əzizova xəstəxanaya da çox gec - vəziyyəti pisləşdikdən 5 gün sonra kritik ağır vəziyyətdə gətirilib. Onun müalicəsi üçün Bakıdan mütəxəssislər cəlb olunub. Lakin aparılan müailicə tədbirlərinin təsiri olmayıb və qadın dünyasını dəyişib.
A.Qədirli bildirib ki, Qazaxda isə 20 yaşlı Bayramova Şəhla iyulun 13-də birinci doğuşundan sonra dünyasını dəyişib. Doğuş rayonun Daşsalahlı kəndindəki həkim məntəqəsində həyata keçirilib. Doğuşdan sonra onun vəziyyəti pisləşdiyindən Qazax Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ş.Bayramova atonik qanaxma nəticəsində dünyasını dəyişib.
A.Qədirli qeyd edib ki, hazırda hər iki hadisə ilə bağlı tibbi ekspertiza işləri aparılır və hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir. Bu faktlar SN-in Doğuşayardım komissiyası tərəfindən araşdırılır.
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı