Qırmızı.az
FHN İnstitutla müqavilə imzaladı
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı arasında müqavilə imzalanıb. SMPDK-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müqavilə standartlaşdırma üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində 5 il müddətinə imzalanıb
Müqavilə çərçivəsində mülki müdafiə sahəsində fəaliyyət göstərən radiasiya və kimya laboratoriyasında radioloji, kimyəvi, bioloji ekspress və stasionar analizlərin aparılması, fərdi mühafizə vasitələrinin dövrü laboratoriya sınaqlarının aparılması və nəticələrinin dövlət standartlarına uyğunluğunun yoxlanılması istiqamətində beynəlxalq təcrübəyə uyğun olaraq yeni milli standartların hazırlanması nəzərdə tutulur. Həmçinin yeyinti məhsullarının sınaq metodikaları və kimyəvi, bioloji, bakterioloji normalara uyğunluğunun yoxlanılması üzrə yeni standartların hazırlanması da bura daxil edilib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!