İmtahan nəticələri nə vaxt elan ediləcək?
Bizi izləyin

Qırmızı.az

İmtahan nəticələri nə vaxt elan ediləcək?

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələri yaxın günlərdə elan ediləcək.

Bunu Publika.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Onun sözlərinə görə, hazırda imtahan nəticələri emal edilir. Yaxın bir-iki gündə nəticələrin elan edilməsi planlaşdırılır.

Xatırladaq ki, imtahan iyulun 12-də keçirilib. İmtahanda 28955-ə yaxın abituriyent iştirak edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm