Qaxda narkoəməliyyat
Bizi izləyin

Qırmızı.az

Qaxda narkoəməliyyat

Qaxda külli miqdarda narkotik tərkibli bitki məhv edilib. Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Mirqamət Musayevin Publika.az-a verdiyi məlumata görə, əməliyyat nəticəsində 12700 ədəd, ümumi çəkisi 3900 kq yabanı halda bitmiş çətənə kolları aşkarlanaraq məhv edilib.

“Xaşxaş-2014” şərti adı altında keçirilən növbəti əməliyyat zamanı rayonun Fıstıqlı kəndi yaxınlığında meşə zolağının boş, istifadə olunmayan 1.7 hektar ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilib.

Qax Rayon Polis Şöbəsindən bildirilib ki, rayonun müxtəlif ərazilərində bitən narkotik tərkibli bitkilərin yerinin müəyyən edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdiriləcək.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm