2 min nəfər işlə təmin ediləcək
Bizi izləyin

Qırmızı.az

2 min nəfər işlə təmin ediləcək

Ötən altı ayın yekunlarına əsasən, Qaradağ rayonu üzrə sənaye məhsulunun ümumi həcmi 309 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 8,6 milyon manat olub. Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 124,3 milyon manat investisiyadan istifadə edilmişdir. İstifadə olunmuş vəsaitin 65,8 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Publika.az-ın məlumatına görə, bu fikirlər Qaradağ Rayon İcra Hakimiyyətində 2014-cü ilin birinci yarısının rayonun sosial-iqtisadi inkişafının yekunlarına və prezident İlham Əliyevin Nazirlər Kabinetinin 10 iyul 2014-cü il tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağında səsləndirilib.

Yığıncaqda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov, Milli Məclisin Ağalar Vəliyev və Mixael Zabelin, rayon İcra hakimiyyəti başçısının yanında Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyəti iştirak edib.

Rayon İcra hakimiyyəti başçısı Süleyman Mikayılov bildirib ki, rayonda qqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 304,9 min ton xam neft və 563,4 milyon kub metr təbii qaz hasil olunub. Rayon üzrə 1 milyon ton sement istehsal edilib. Hesabat dövründə rabitə xidmətlərinin həcmi 1,1 milyon manat təşkil edib. Pərakəndə əmtəə dövriyyəsi 1,2 milyard manat, əhaliyə göstərilən pullu xidmətlər isə 46,3 milyon manat olub.

Ələt qəsəbəsində Beynəlxalq Dəniz Limanının inşası uğurla davam etdirilib, Puta qəsəbəsində Metanol zavodunun tikintisi də başa çatıb.

Rayonun Səngəçal qəsəbəsi ərazisində Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin salınması üçün 3850 hektar yer ayrılıb. Bu kompleksdə təqribən 2000 nəfər işlə təmin olunacaq.

Ötən altı ayda rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 4 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılıb, 104 ədəd transformator məntəqəsində profilaktik təmir işləri aparılmış, 57,4 min metr müxtəlif kabel və hava xətləri çəkilib.

Mövcud qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının təhlükəsiz istismarının təmin etmək məqsədi ilə müxtəlif diametrli 16,4 min p/metr mövcud qaz xətti yenisi ilə əvəz edilib. Ötən qış mövsümündə rayon üzrə 10 saylı istilik sahəsi tərəfindən 95 bina, 10 orta məktəb, 4 uşaq bağçası və 3 səhiyyə obyekti istiliklə təmin olunub.

Ötən rübdə rayon İcra hakimiyyəti başçısı aparatına vətəndaşlardan 400 ədəd yazılı müraciət daxil olmuşdur. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 129 müraciət az olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm