Metropoliten işçi axtarır
Bizi izləyin

Qırmızı.az

Metropoliten işçi axtarır

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Hərəkət Xidmətinə Baş xəzinədar, Xəzinədar və Avtomatik buraxılış məntəqələrinin nəzarətçisi peşələri üzrə işə qəbul elan edir.

Metropolitenin mətbuat xidmətindən Publika.az-a verilən xəbərə görə, yaşı 25 – 45 arasında, orta təhsil, orta ixtisas və ali təhsili olanlara üstünlük verilir (İqtisadi sahələr üzrə). Müraciət edənlərdən Azərbaycan dilini əla və rus dili bilmələri tələb olunur.

12 saatlıq iş qrafiki tətbiq olunur. İşçi əmək fəaliyyətinə səhər saat 08:00-da başlayır və uyğun olaraq axşam saat 20:00-da işini bitirir. O biri gün isə axşam saat 20:00-dan başlayır, səhər saat 08:00-da işini bitirir. Növbəti iki gün istirahət günü olur.

Orta əmək haqqı 250 manat. (Gecə və gündüz növbələrindən asılı olaraq əmək haqqı daha çox ola bilər.) Məlumat anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.

Mövzu yerinə peşənin adını yazmaq, əvvəlki iş yerlərinizdəki iş öhdəliklərinizi ətraflı qeyd etmək və məlumatı Azərbaycan dilində göndərmək tələb olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm