Gəncədə yeni keçid istifadəyə verildi
Bizi izləyin

Qırmızı.az

Gəncədə yeni keçid istifadəyə verildi

Gəncə şəhər Heydər Əliyev prospektində yeraltı keçid istifadəyə verilib.

Publika.az xəbər verir ki, açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ziyalıları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edib.

Şəhərdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri çərçivəsində əsaslı təmir edilən keçidə Məhsəti Gəncəvinin adı verilib. Burada 4 tərəfli giriş və çıxışlarda görkəmli şairənin mozaika daşları ilə işlənmiş portretləri həkk olunub, nəzarət kameraları quraşdırılıb, xaricdə istehsal edilmiş mərmər və qranitdən istifadə olunmaqla üzlük çəkilmiş divarlarda şairənin rübailərindən nümunələr həkk edilib, əsərlərinə çəkilmiş iillüstrasiyalar vurulub.

Gəncə Dövlət Universitetinin tədris korpusunun qarşısında yerləşən keçidin istifadəyə verilməsi ətrafda yaşayan sakinlər ilə yanaşı, universitetin müəllim və tələb kontingentinə də xidmət edəcək. Elmar Vəliyev bildirib ki, yeni dərs ili başlayana kimi Azərbaycan Texnologiya Universitetinin qarşısında yerləşən keçid də əsaslı şəkildə yenidən qurularaq əhalinin istifadəsinə veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm