• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

SABAH qruplarına müsabiqənin ikinci mərhələsi başa çatıb

SABAH qruplarına müsabiqənin ikinci mərhələsi başa çatıb

SABAH qruplarına qəbul olmaq üçün keçirilən müsabiqənin II mərhələsi yekunlaşıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müsabiqənin bu mərhələsi iyulun 6-da Bakı şəhəri və Naxçıvan MR-də keçirilib. İmtahanlarda ümumilikdə 1154 nəfər namizəd iştirak edib. Bu mərhələdə namizədələrin məntiqi düşüncə və xarici dil üzrə bilikləri qiymətləndirilib.

II mərhələnin yekunlarına əsasən yetərli bal toplamış və say tərkibi qrupun yaranmasına imkan verən aşağıdakı ixtisaslar üzrə namizədlər müsabiqənin sonuncu-müsahibə mərhələsinə buraxılırlar:

1. 050103- Xarici dil müəllimliyi
2. 050104- Fizika müəllimliyi*
3. 050105- Riyaziyyat və informatika müəllimliyi
4. 050106- Riyaziyyat müəllimliyi*
5. 050111- Kimya müəllimliyi
6. 050212- Hüquqşünaslıq
7. 050213- Beynəlxalq münasibətlər
8. 050401- Dünya iqtisadiyyatı
9. 050402- Mühasibat uçotu və audit
10. 050403- Maliyyə
11. 050404- İqtisadiyyat
12. 050407- Menecment**
13. 050409- Biznesin idarə edilməsi**
14. 050504- Kimya
15. 050509- Kompüter elmləri
16. 050606- Neft-qaz mühəndisliyi
17. 050607- Neft-qaz qurğuları mühəndisliyi
18. 050608- Elektroenergetika mühəndisliyi
19. 050631- Kompüter mühəndisliyi
20.050632- İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
21. 050633- Memarlıq
22.050634- İnşaat mühəndisliyi
23.050636- Nəqliyyat tikintisi mühəndisliyi
24. 050641- Kimya mühəndisliyi

“Təhsil” və “Texniki və texnoloji” ixtisas qrupları üzrə keçid balı 20, “Humanitar və sosial”, “İqtisadiyyat və idarəetmə” və “Təbiət” ixtisas qrupları üzrə isə keçid balı 25 müəyyən edilib.

* “Təbiət” ixtisas qrupuna daxil olan riyaziyyat və fizika ixtisasları üzrə təhsil alan və müsabiqə şərtlərini ödəyən tələbələr müsahibədə iştirak etməklə ödənişli əsaslarla müvafiq olaraq riyaziyyat müəllimliyi və fizika müəllimliyi ixtisasları üzrə SABAH qruplarında təhsil ala bilərlər.

** “İqtisadiyyat və idarəetmə” ixtisas qrupuna daxil olan marketinq və kommersiya ixtisasları üzrə təhsil alan və müsabiqə şərtlərini ödəyən tələbələr müsahibədə iştirak etməklə ödənişli əsaslarla menecment və biznesin idarəedilməsi ixtisasları üzrə SABAH qruplarında təhsil ala bilərlər.

Müsahibənin yeri və tarixi barədə əlavə məlumat veriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR