Qırmızı.az
İlham Əliyev fransalı həmkarını təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa
Respublikasının Prezidenti Fransua Ollanda təbrik məktubu
göndərib:
"Hörmətli cənab Prezident,
Fransa Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin
simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı
adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.
Bu gün Azərbaycan-Fransa münasibətləri öz zəngin tarixi ənənələrinə
uyğun olaraq müvəffəqiyyətlə inkişaf etməkdədir. Ölkələrimiz
arasındakı yüksək səviyyəli siyasi təmaslar, iqtisadi sahədə daim
genişlənən qarşılıqlı faydalı əməkdaşlığımız, çoxşaxəli və davamlı
humanitar, mədəni əlaqələrimiz Azərbaycan-Fransa münasibətlərinin
səciyyəvi cəhətlərindəndir.
Sizin bu yaxınlarda Azərbaycana səfəriniz, apardığımız danışıqlar,
imzalanan sənədlər, şübhəsiz ki, ikitərəfli münasibətlərimizin
inkişafına mühüm təkan verib.
Biz Fransanın Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar
olmasında marağından məmnunluq duyuruq. Eyni zamanda Ermənistanın
Azərbaycana qarşı təcavüzünün, ərazilərimizin 20 faizinin işğal
olunması, soydaşlarımızın qaçqın və məcburi köçkün vəziyyətinə
düşməsi ilə müşayiət olunmuş münaqişənin ağır nəticələrinin
beynəlxalq hüquq normaları əsasında, tezliklə və ədalətli həlli
üçün ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın və şəxsən
Sizin, cənab Prezident, səylərinizdən gözləntilərimiz böyükdür.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına
daim əmin-amanlıq və firavanlıq diləyirəm".
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı