• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Komitə təkzib etdi

Komitə təkzib etdi

Dövlət Gömrük Komitəsi Biləcəridə baş verən silahlı insidentdə qətl törədən şəxsin komitə əməkdaşı olması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

DGK-nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumatda deyilir: "Son günlər bəzi kütləvi informasiya vasitələrində Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində ölümlə nəticələnən silahlı insident barədə məlumat yayılıb. O da qeyd olunur ki, qətli törədən Samur Həsənov Dövlət Gömrük Komitəsinin mühafizəçisidir.

Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, bu informasiya həqiqətə uyğun deyil, ümumiyyətlə, gömrük xidməti sıralarında Samur Həsənov adlı şəxs işləmir".

Qeyd edək ki, iyulun 12-də Biləcəri qəsəbəsində qəsəbə sakinləri 1981-ci il təvəllüdlü Fərid Həsənov boyun nahiyəsindən (odlu silahla yetirilmiş xəsarətə xarakterik), 1977-ci il təvəllüdlü qardaşı Şəhriyar isə qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. F. Həsənov aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törədən qəsəbə sakini, 1978-ci il təvəllüdlü Samur Həsənov tutulub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR