"Heydər Əliyev - 45 il Azərbaycan uğrunda”
Bizi izləyin

Qırmızı.az

"Heydər Əliyev - 45 il Azərbaycan uğrunda”

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə qurumun ofisində "Heydər Əliyev - 45 il Azərbaycan uğrunda” mövzusunda tədbir keçirilib. Movqe.az-ın məlumatına görə, tədbirdə YAP GB-nin sədr müavini Samirə Quliyeva, ofis rəhbəri Əli Pənahov, YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, YAP GB fəalları və media nümayəndələri iştirak ediblər.

Tədbirdə Ulu Öndərin ruhu bir dəqiqəlik sükutla yad edilib. İlk çıxış edən YAP GB-nin sədr müavini Samirə Quliyeva qonaqları salamlayaraq, bu günün ölkəmiz üçün əlamətdar olduğunu diqqətə çatdırıb. O bildirib ki, 1969-cu il 14 iyul tarixini gənclərlə yanaşı, bütün Azərbaycan xalqı qürurla qeyd edir: "Ulu Öndər Heydər Əliyevin 45 il bundan öncə I katib seçilməsi Azərbaycanın bir ölkə kimi inkişafında əvəzolunmaz tarixi hadisədir. Ümummilli Lider öz təhsili, uzaqgörənliyi, potensialı və bir çox digər keyfiyyətlərinə görə bu vəzifəyə təyin edilmişdi. 1969-cu ildə Azərbaycanın kənd təsərrüfatı, sənayesi tənəzzülə uğramışdı. Məhz Ulu Öndərin I katib seçilməsi ilə Azərbaycan inkişafa qədəm qoydu. Bugünkü Azərbaycan Ulu Öndər tərəfindən qoyulan möhkəm təməl üzərində dayanır və getdikcə inkişaf edir. Hər bir azərbaycanlının qəlbində Ümummilli liderin ədalətli obrazı var. O, öz fəaliyyəti ilə müstəqil Azərbaycanın tarixində silinməz izlər qoydu, bütün bu illər ərzində əsl rəhbər kimi Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bildi".

Toplantıda həmçinin YAP GB tərəfindən hazırlanan Ümummilli Liderə həsr edilən video-çarx da nümayiş etdirilib.Tədbirdə söz alan millət vəkili Hüseynbala Mirələmov isə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın tanıdılması və dilimizin dövlət dili kimi qəbul edilməsi istiqamətində gördüyü işlərdən danışıb:

"45 il bundan öncə Azərbaycan digər ölkələr tərəfindən tanınmırdı. O dövrlər Azərbaycanda heç kim nə öz dilimizdə danışa, nə də Azərbaycanda hərbi xidmət keçə bilərdi. Bütün bunları görən Ümummilli Lider 1972-ci ildə Naxçıvanski adına Hərbi Məktəbin açılışına nail oldu. O zaman bunu etmək həddindən artıq çətin idi. Lakin bütün bu çətinliklərə baxmayaraq, dahi şəxsiyyət bunu bacara bildi. Bunun ardınca Ulu Öndərin təkidi ilə Azərbaycan dili dövlət dili kimi Konstitusiyaya daxil edildi”.

H. Mirələmov çıxışı zamanı, həmçinin Ümummilli Liderin şəxsi həyatı ilə bağlı məqamlara da toxunub. Dahi şəxsiyyətin sevgi uğrunda keçdiyi çətinliklərə nəzər salan millət vəkili gənclərimizə sevgilərində sadiq olmağı tövsiyə edib.Tədbir diskussiya şəklində davam etdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm