• USD 1,8311 0,00% EUR 1,9483 0,00%
    • GBP 2,2482 0,00% RUB 0,0308 0,00%

Zakir Həsənov hərbi attaşeləri qəbul etdi

Zakir Həsənov hərbi attaşeləri qəbul etdi

İyulun 14-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda akkreditə olunmuş hərbi attaşe və hərbi nümayəndələrini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müdafiə naziri görüşün əhəmiyyətini qeyd edərək, Silahlı Qüvvələrdə aparılan islahatlar, görülən işlər, o cümlədən xarici hərbi prioritetlərimiz barədə geniş məruzə ilə çıxış edib.

Sonra xidməti fəaliyyətlər nəzərdən keçirilib, qarşıda duran məqsəd və vəzifələr barədə geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da iştirak edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR