Braziliyada məğlub olan futbolçunun atası diri-diri yandırıldı - Şok
Bizi izləyin

Qırmızı.az

Braziliyada məğlub olan futbolçunun atası diri-diri yandırıldı - Şok

Tanınmış kamerunlu futbolçunun atası qətlə yetirilib. Publika.az-ın Franss Press-ə istinadən verdiyi məlumata görə, bu il Braziliyada keçirilən dünya çempionatında bütün oyunlarda məğlub olan Kamerun millisinin ikinci kapitanı olan Nicolas Kolounun atası öldürülüb.

Futbolçunun atasının Akonqo Kolounun cəsədi ölkənin cənubundakı Mfou qəsəbəsindəki evində aşkarlanıb. Onun yandırılaraq öldürüldüyü bildirilir.

Bu arada Fransa mediası tanınmış futbolçunun atasının qətlinə oğlunun çıxış etdiyi futbol yığmasının Braziliyada uğursuz çıxışının səbəb olduğunu iddia edib.

Hadisənin hansı qruplaşma tərəfindən törədilməsi hələlik məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm