Ramil Usubov yeni polis rəisi təyin etdi
Bizi izləyin

Qırmızı.az

Ramil Usubov yeni polis rəisi təyin etdi

Daxili İşlər naziri Ramil Usubov Xaşmaz Rayon Polis Şöbəsinə yeni rəis təyin edib.

Polis şöbəsindən Axar.az-a verilən məlumata görə, Ağstafa rayon polis rəisi Ədalət Abbasov Xaçmaz rayonuna polis rəisi göndərilib. Ə.Abbasovun əmrinin bu gün verildiyi, yeni vəzifəsində hələ fəaliyyətə başlamadığı da qeyd edilib.

Xatırladaq ki, ötən ay Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli Abşeron rayonuna polis rəisi göndərilmişdi.

Ədalət Tağı oğlu Abbasov 1963-cü ildə Tovuzun Şamlıx kəndində anadan olub. O, Ağstafa rayonunun polis rəisliyinə Narkotiklərə Qarşı Mübarizə Baş İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin rəisi vəzifəsindən gəlmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm