• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Girov düşən kəlbəcərlilərin kabab qonaqlığı videosu yayıldı - (Video, Yenilənib)

Girov düşən kəlbəcərlilərin  kabab qonaqlığı videosu yayıldı - (Video, Yenilənib)

Bu gün qondarma “Dağlıq Qarabağ müdafiə nazirliyi” Kəlbəcərdə tutulan azərbaycanlıların işğal altındakı ərazilərdə erməni danasını kəsib kabab bişirdiklərini əks etdirən görüntüləri mətbuata ötürüb.

Virtualaz.org saytı xəbər verir ki, neçə gündür Kəlbəcərə soxulmuş erməniləri və hətta Göyçə mahalının indiki sakinlərini qorxuya salmış 3 nəfərdən ibarət “azərbaycanlı diversantların” iyulun əvvəllərində çəkdikləri görüntülər yerkir.am portalına təqdim edilib.

Həmin görüntülərin 3 nəfərlik qrupun üzvlərindən biri tərəfindən mobil telefonla çəkildiyi məlum olur.

Kadrlarda sifəti görünməyən “diversant” nəql edir ki, buralar onun doğma kəndidir və iki gün aclıqdan əziyyət çəkəndən sonra, nəhayət, qarşılarına çıxan dananı kəsərək aclıqdan xilas olublar. Həmçinin “diversantlar”ın Kəlbəcərdəki erməni fermalarından birindən içərisinə “samaqon” araq tökülmüş “Cermux” mineral su şüşəsini də da ələ keçirdikləri, arağı dana kababı ilə içməyə hazırlaşdıqları məlum olur.

O da məlum olur ki, qrupun üzvlərindən birinin adı Həsəndir, biri isə əslən Cəbrayıl rayonundandır.

Kadrlarda əlində dana budu tutan qara köynəkli, 40-45 yaşlarındakı şəxsin ermənilərlə atışmada öldürüldüyü açıqlanan “diversant” olduğu seçilir.

Bu kadrlar bir daha təsdiq edir ki, ermənilərin “diversant” kimi təqdim etdikləri həmin şəxslər əslində düşmən tapdağı altındakı ata-baba yurdlarına getmək üçün düşmən arxasına keçən üç cəsur məcburi köçkündür. Və Azərbaycan dövləti bütün mümkün üsullardan istifadə edərək onların müdafiəsinə qalxmalıdır. Axı onların yeganə “günahı” işğal altındakı yurdlarını gəzməkdən ibarət olub.

Virtualaz.org

* * *19:54

Ermənistan Müdafiə Nazirliyi Kəlbəcərdə tutulan iki azərbaycanlı mülki şəxslə hərbi əsir kimi davranmayacaqlarını elan edib.

Virtualaz.org saytı xəbər verir ki, düşmən ölkənin Müdafiə Nazirliyi bu şəxslərin “hərbi əsirlər kateqoriyasına daxil olmadıqlarını, bu səbəbdən əsirlər barədə beynəlxalq konvensiyanın prinsiplərinin onlara şamil edilməyəcəyini” bildirib.

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, indiki halda “Hərbi əsirlərlə rəftar” barədə Cenevrə konvensiyasının 4-cü maddəsi bu şəxslərə şamil edilə bilməz.

“Təkzibedilməz sübutlar var ki, biz əslində Azərbaycan rəhbərliyi tərəfindən ələ alınan və istifadə olunan cnayətkar qrupla üz-üzəyik. Zərərsizləşdirilən cinayətkar qrupun üzvlərinin heç bir fərqləndirici nişanları olmayıb. Onlar müharibə ənənələri və qanunlarına dair beynəlxalq normaları kobud şəkildə pozublar, mülki əhaliyə qarşı qəddar və qeyri-insani həmlə ediblər” - deyə bəyanatda bildirilir.

Azərbaycanlı mülki şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərində “mülki əhaliyə qarşı qeyri-insani və qəddar həmləsi” dedikdə nə nəzərdə tutulduğu açıqlanmır. Ən azından iki mülki şəxsin Kəlbəcərdə qanunsuz məskunlaşdırılmış ermənilər arasında kütləvi qətliam həyata keçirdiyina dair məlumat yoxdur.

Ermənistan Müdafiə Nazirliyi bildirir ki, “zərərsizləşdirilmiş diversiya qrupunun” üzvlərinə qarşı sərhədi qanunsuz keçmək, qətl, qətl törətməyə cəhd, xüsusi mühafizə olunajn obyektlərin fotosunu çəkmək cəhdi və s. maddələr üzrə cinayət işi qaldırılacaq.

“Zərurət yaranarsa, onların əməllərinə dair müvafiq sənədlər beynəlxalq strukturlara təqdim edilə bilər” - deyə Müdafiə Nazirliyinin bəyanatda bildirilir.

Epress.am saytı hələlik ad-familiyası açıqlanmayan “ikinci diversant”ın bu gün günorta saatlarında Kəlbəcərlə Ermənistanın sərhədi yaxınlığında tutulduğunu xəbər verir. Bildirilir ki, o, əvvəlcə yaralanıb, daha sonra ələ keçirilib.

Məlumatı Ermənistanın Vardenis rayonundakı mənbə verib. Onun bildirdiyinə görə, yaralı azərbaycanlını İrəvana aparacaqlar. Vardenis erməniləri hesab edirlər ki, “azərbaycanlı diversantlardan” hələ də qalanı var. Bildirilir ki, “diversiya qrupunun” üzvlərinin axtarışına Ermənistan ordusunun bölmələri və vertolyotlar cəlb edilmişdi.

Qondarma “DQR müdafiə nazirliyi” isə “azərbaycanlı diversantların zərərsizləşdirilməsi əməliyyatının başa çatdığını” elan edib. Erməni mənbələri onu da xəbər verir ki, “diversiya qrupunun” üçüncü üzvü iyulun 11-də Kəlbəcər-Vardenis yolunda atışmada öldürülüb.

Beləliklə, Ermənistan Müdafiə Nazirliyinin bəyanatından məlum olur ki, işğalçı ölkə Azərbaycanın işğal altındakı ərazilərində əsir aldıqları iki mülki azərbaycanlıya divan tutmağa hazırlaşırlar və onlarla hərbi əsirlər kimi davranmaq niyyətində deyillər. Bu isə əsir götürülən azərbaycanlıların dəyişdirilməsi və indiyədək Azərbaycan tərəfinin etdiyi kimi geri qaytarılmasını istisna edir. Bu da Azərbaycana qarşı açıq şəkildə meydan oxumaqdır və rəsmi Bakı Ermənistanın bu azğınlığına dərhal adekvat cavab verməlidir.

Bu cavab nədən ibarət ola bilər?

Birincisi, rəsmi Bakı bəyan edə bilər ki, Azərbaycanın işğal altındakı ərazilərinə keçmiş iki mülki şəxsi “cinayətkar” elan etmək beynəlxalq normaların kobud şəkildə pozulmasıdır. Çünki bu şəxslər hətta silahlı olsalar belə Azərbaycan ərazisində işğalçı qüvvələr tərəfindən tutulublar, deməli, hərbi əsir sayılırlar.

İkincisi, Azərbaycanın əlində bir neçə erməni mülki şəxs və hərbi əsir var. Rəsmi Bakı xəbərdarlıq etməlidir ki, Ermənistan iki mülki şəxsə qarşı əsir və girov götürülmüş şəxs kimi davranmasa, Azərbaycanda saxlanılan əsir və girov ermənilərin sonrakı taleyinə görə məsuliyyət daşıyacaq.

Virtualaz.org

Xəbər lenti

DAHA ÇOX XƏBƏR