Yayı əbədi bahar adası və ya nağıllar ölkəsində keçirin (R)
Bizi izləyin

Qırmızı.az

Yayı əbədi bahar adası və ya nağıllar ölkəsində keçirin (R)

Yayı əbədi bahar adası və ya nağıllar ölkəsində keçirin

Artıq isti yay aylarını yaşayırıq. Bu fəsli hər kəs ona görə sevir ki, yayda istirahət dövrü başlayır. Azərbaycanlılar yay aylarında istirahət üçün əsasən qonşu ölkələrə, Türkiyə və Gürcüstana üz tutsalar da, dincəlmək üçün Avropanı seçənlərin sayı da kifayət qədərdir. Azərbaycanda Avropaya gedən turistlərin böyük bir qismi Cənubi Avropanı, əsasən İtaliya və İspaniyanı seçirlər. Məlumdur ki, Cənubi Avropa ölkələri ilə bizim oxşarlığımız çoxdur. Həm görünüşdə , həm də xarakterdə olan oxşarlıq azərbaycanlılara çılğın və emosional latinoslarla dil tapmaqda yardımçı olur.

Ümumiyyətlə, turizm Cənubi Avropa ölkələrində gəlir gətirən əsas sektorlardan biridir. Avropada Fransadan sonra İspaniya il ərzində, özəlliklə yay aylarında turist qəbuluna görə ikinci yeri tutur. Turizmdən əldə etdiyi gəlirlərə görə isə, dünyada yalnız ABŞ-dan geri qalır. Digər Avropa ölkələri ilə müqayisədə isti iqlimə malik olması, Aralıq dənizi sahili boyunca uzanan kurort sahəsi, Kanar adaları, qədim şəhərləri, istiqanlı vətəndaşları bu ölkəni turistlər üçün əvəzedilməz istirahət məkanına çevirib. Ümumiyyətlə Avropada istirahət üçün ən münasib iqlim Cənubi Avropa ölkələrinə, xüsusilə də İspaniyaya məxsusdur. Əlverisli iqlim şəraiti ilə yanaşı İspaniyanın zəngin mədəni və tarixi irsə məxsus olmasi turistlərin diqqətini cəlb edir. İspaniya səfər edən turistlər ilk növbədə Tenerifeyə, Kosta Blankaya, Barselonaya, Kosta Bravaya, Kosta Doradaya üz tuturlar.

Tenerife-əbədi bahar adası

Kanar arxipelaqının ən böyük və ən məşhur adası Tenerifedir. Tenerifenin sakinləri əbədi bahar adlandırırlar. Adanın şimalında ilboyu isti və rütubətli, cənubunda isə quru və günəşli hava hökm sürür. Qəribədir ki, İspaniyanın ən hündür nöqtəsi məhz bu adada yerləşir. Bu -Teyde, sönmüş vulkanıdır, onun hündürlüyü 3718 m çatır. Adada turistik mövsüm il boyu davam edir. İl ərzində İspaniya ən çox turistini məhz bu bölgədə qəbul edir. Daxili turzimdə də bu bölgə birinci yer tutur. Yəni ispanların özləri də istirahət üçün ən çox Tenerifeni seçirlər.

Barselona- modernizmin paytaxtı

İspaniyanın ikinci ən böyük şəhəri olan Barselona, həmçinin, Kataloniya əyalətinin paytaxtıdır. Şəhərin əsası eramızdan əvvəl II əsrdə Karfagendən gələnlər tərəfindən qoyulub. II əsrdə romalılar buranı işğal edərək şəhərə Barsina (Barsilo) adını veriblər. İki min illik tarixi, özünəməxsus mədəniyyəti olan Barselona şəhəri son illər dünyada yüksək səviyyəli turizm məkanı kimi şöhrət qazanıb. Şəhər Aralıq dənizi sahilində yerləşir. İlboyu mülayim iqlimi (havanın hərarəti il ərzində orta hesabla +17 dərəcədir), zəngin memarlıq və sənət irsi, inkişaf edən iqtisadiyyat və mədəni tərəqqisi ildə üç milyondan artıq turistin bu qədim şəhərə gəlməsinə səbəb olur. Barselonada qışı soyuq, yayı isti və quru keçən iqlim hakimdir. Barselona modernizmin paytaxtı sayılır. UNESCO-nun qərarı ilə memarlığın şah əsəri olan beş bina - Quel sarayı, Quel parkı, Kaza Mila (Pedrera) binası, Kataloniya musiqi sarayı, Santa Kreu və San Pau xəstəxanası bəşəriyyətin sərvəti sayılır. Burada gəzməli və görməli yerlər olduqca çoxdur: muzey və meydanlar, tarixi binalar və abidələr. Xüsusilə Pikasso muzeyi öz gözəlliyi ilə diqqəti çəkir, burda rəssamın 3000-dən artıq əsəri nümayiş olunur.

Malyorka-kral ailəsinin istirahət məkanı

Balear arxipelaqına daxil olan Mayorka adası hər şeydən əvvəl ispan kralı və onun ailəsinin ənənəvi istirahət yeridir. Hər ilin avqust ayında kral ailəsi burada istirahət edir Kralın Mayorkaya səfəri münasibətilə keçirilən tədbirlərdən ən əhəmiyyətlisi Kral Kuboku uğrunda yelkənli reqata yarışlarıdır. Yerli sakinlər xüsusi mayorka dialketində danışırlar ki, bu da kastil (ispan) və katalon dillərinin qarışığıdır. Bununla bərabər, xidmət personalının əksəriyyəti ingilis , fransız və ya alman dillərində də kifayət qədər yaxşı danışır. Burada böyük akvaparklar, çimərliklər, kazino və gecə klubları yerləşir. Bu gün Mayorka ekoloji cəhətdən Aralıq dənizinin ən təmiz kurortlarından biridir. Adanın 40-dan çox təbii zonası dövlət tərəfindən mühafizə olunur. Mayorka sakinlərinin həyat uzunömürlülüyü İspaniyada ən yüksəkdir.

Danimarka-nağıllar aləmi

Həmvətənlərimizin bir qismi isə, yayda daha sərin ölkələrə üz tutmağa üstünlük verirlər. İstirahət üçün Şimali Avropa ölkələrini seçən həmvətənlərimiz Hans Kristian Andersenin vətəni “nağıllar ölkəsi” Danimarkaya üz tutur. Skandinaviya səltənətinin ən qədim, zəngin mədəniyyəti və tarixi bu ölkədədir desək yanılmarıq. Ölkə qərbdən Şimal dənizi, şərqdən Baltik dənizi, cənubdan Almaniya ilə həmsərhəddir. Danimarka krallığına Danimarka, Farer adaları və Qrelandiya dövlətləri daxilidir. Böyük Yutlandiya yarımadası və 409 adadan ibarət Danimarka arxipelaqı da ölkə ərazisinə aiddir. Adalardan 90ında yaşayış mövcuddur. Şimalda Limfiyord boğazı ilə ayrılan yarımadanın qərb sahillləri qum sahələri ilə örtülüdür. İqlimi coğrafi vəziyyətindən asılı olaraq hər yerdə mülayimdir. Ən isti ayda 15-17 C, ən soyuq ayda isə 0 C olur. Yay aylarında hava şəraiti Danimarkada çox gözəl olur.

Bütün bu gözəllikləri gedib görmək üçün, Azercell sizə əla bir fürsət təqdim edir. Belə ki, Azercell Telekom xarici ölkələrə istirahət üçün üz tutan həmvtənlərimizə rouminq xidmətlərində inanılmaz endirimlər verir. TeliaSonera şirkətlər qrupuna daxil olan Azercell-in abunəçiləri rouminq xidməti çərçivəsində endirimli tariflərdən faydalanaraq, İspaniya və Danimarkada olarkən ölkə daxili zənglər zamanı 1 dəqiqə üçün cəmi 0. 25 qəpik, Azərbaycan və digər isitqamətlərə zənglər zamanı isə 50 qəpik ödəyirlər. Belə unikal tariflər Azercell müştəriləri üçün dünyanın 14 ölkəsində qüvvədədir, çünki Azercell-in daxil olduğu TeliaSonera ailəsinə aid bütün mobil operatorlar öz aralarında xüsusi endirimli tariflə danışırlar və abuniləri üçün 60 faizə qədər endirimlər tətbiq edirlər.

Yerli Azərb. Digər ölk. sms data

Estonia

AS EMT

0.25

0.50

0.50

0.09

0.45

Georgia

Geocell

0.25

0.50

0.50

0.09

0.45

Kazakhstan

Kcell

0.25

0.50

0.50

0.09

0.45

Latvia

“LMT Latvia”

0.25

0.50

0.50

0.09

0.45

Moldova

“MoldCell”

0.25

0.50

0.50

0.09

0.45

Norway

“Netcom Norway”

0.25

0.50

0.50

0.09

0.45

Litva

“Omnitel Lithuania”

0.25

0.50

0.50

0.09

0.45

Finland

“Sonera Corporation Finland”

0.25

0.50

0.50

0.09

0.45

Tadjikistan

“Tcell”

0.25

0.50

0.50

0.09

0.45

Denmark

“Telia Denmark”

0.25

0.50

0.50

0.09

0.45

Sweden

“Telia Mobile AB Sweden”

0.25

0.50

0.50

0.09

0.45

Spain

“Xfera”

0.25

0.50

0.50

0.09

0.45

Uzbekistan

“Ucell”

0.25

0.50

0.50

0.09

0.45

Nepal

“Ncell”

0.25

0.75

0.75

0.09

0.45

Qeyd edək ki, yay mövsümü ilə əlaqədar Azercell Telekom rominq xidmətlərinin açılması üçün lazım olan depozit hesabını ləğv edib! 13 iyun- 31 avqust 2014-cü il tarixləri arası davam edəcək kampaniya çərçivəsində Azercell Fakturalı xətt abunəçiləri depozit məbləği ödəmədən müvafiq açar sözünü (START/STOP/STATUS) 8808 qısa nömrəsinə SMS göndərməklə rominq xidmətini aktivləşdirmək, deaktivləşdirmək və cari status haqqında məlumatı əldə edə bilərlər.

Eyni zamanda onu da bildirək ki, "Azercell Telekom" 1 yanvar 2014-cü il tarixindən etibarən beynəlxalq zənglər üçün vahid və əhəmiyyətli dərəcədə aşağı olan yeni tarif tətbiq edib. İndi "Azercell" abunəçiləri bütün beynəlxalq zənglərə görə cəmi 32 qəpik ödəyirlər.Eyni zamanda, şənbə, bazar və bayram günlərində (gün ərzində) və istənilən gün saat 00:00-dan 08:00-a qədər edilən beynəlxalq zənglərə əlavə 25% endirim tətbiq olunur. Bu müddət ərzində abunəçilər beynəlxalq zənglərin bir dəqiqəsinə yalnız 24 qəpik ödəməklə Azercell-in verdiyi bu üstünlükdən yararlana bilərlər. Xidmət zamanı Azercell-lilər yalnız saniyə hesabı əsasında danışıq haqqını ödəyirlər.

Azercell-in abunəçilərinə verdiyi bu imkandan siz də yararlanın və yay böyu dünyanın müxtəlif ölkəsində istədiyiniz qədər ünsiyyət qurun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm