Əməkdar jurnalist Sambo Federasiyasının mətbuat xidmətinin rəhbəri oldu
Bizi izləyin

Qırmızı.az

Əməkdar jurnalist Sambo Federasiyasının mətbuat xidmətinin rəhbəri oldu

Bəhruz Nəzərov Azərbaycan Sambo Federasiyasının mətbuat xidmətinin rəhbəri seçilib.

"Azərbaycan Sambo Federasiyasi" İctimai Birliyindən Trend-ə verilən məlumata görə, Birliyin İcraiyyə Komitəsinin qərarı ilə Nəzərov Bəhruz Əliövsət oğlu Federasiyanın Mətbuat Xidmətinin rəhbəri seçilib.

Qeyd edək ki, Bəhruz Nəzərov 1997-ci ildən KİV sahəsində çalışır. 1997-ci ildə "Space" MTRŞ-də müxbir vəzifəsində fəaliyyətə başlayan Bəhruz Nəzərov bir sıra elektron və yazılı KİV-lərdə şöbə müdiri, baş redaktor, icraçı direktorun müavini vəzifələrində çalışıb. O, həmçinin 2011-2012-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri olub.

Xatırladaq ki, Bəhruz Nəzərov həm də Azərbaycan Respublikasının əməkdar jurnalistidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm