Peterburqda azərbaycanlı qızı oğurladılar
Bizi izləyin

Qırmızı.az

Peterburqda azərbaycanlı qızı oğurladılar

Rusiyanın Sankt-Peterburq şəhərində 21 yaşlı azərbaycanlı qız oğurlanıb.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə qızın atası polisə yazdığı ərizədə bildirib.

Onun bildirdiyinə görə, hadisə iyulun 14-də günorta saatlarında baş verib. Həmin şəxsin qızı ilə birlikdə Sankt-Peterburqa bir neçə gün əvvəl getdiyi bildirilir. Atasının dediyinə görə, gün ərzində ona qızından bir neçə SMS daxil olub və qızı yazıb ki, onu naməlum şəxslər tanımadığı yerdə saxlayırlar.

Girovun azad edilməsi üçün pul tələb edildiyi barədə məlumat yoxdur. Polis qızın evlənmək məqsədilə qaçırıldığını da istisna etmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm