• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

ADU-da Çin Ay təqviminə görə Yeni il bayramı keçirildi

ADU-da Çin Ay təqviminə görə Yeni il bayramı keçirildi

Azərbaycan Dillər Universitetində (ADU) “Çin adət-ənənələri: tarixi və bu günü” ədəbi-bədii tədbirlər silsiləsindən Çin Ay təqviminə görə Yeni il bayram tədbiri keçirilib.

Publika.Az-ın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan ADU-nun Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov Çin təqviminə əsasən Çində At işarəsinin himayəçiliyi altında keçirilən Yeni il bayramının qeyd olunma ənənələrindən danışıb.

Eyni zamanda, o, Azərbaycanın ənənəvi qədim Qarabağ “Çovqan” at oyunlarının 2013-cü ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının simvolik əhəmiyyət daşıdığını deyib.

Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin qorunması və onun dünya ictimaiyyətinə tanıdılması sahəsində gördüyü işləri xüsusi qeyd edib.

Öz çıxışında Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfirliyinin müşaviri Li Yonghui Çində ailələrin Yeni ili qeyd etmə ənənəsi haqqında məlumat verərək qədim Çin mədəniyyətinin təbliğatı mərkəzinə çevrilən Azərbaycan Dillər Universitetində Çin ənənələri ilə bağlı tədbirlərin keçirilməsini yüksək qiymətləndirib.

ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov ADU-da Çin dilinin tədrisinin əhəmiyyətini qeyd edib və Çinin müasir siyasi, iqtisadi və mədəni həyatına həsr olunmuş tədbirlərin həyata keçirilməsində göstərdikləri yardıma və fəal iştirakına görə Çin diplomatlarına təşəkkürünü bildirib.

Tədbirdə Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin tələbələri ayrı-ayrı Çin sülalərinə məxsus bayram-mərasim geyimləri və onların bədii özünəməxsusluğu, ənənəvi Çin qadın geyimlərinin növləri, qədim Çin mədəniyyətində rənglər və ornamentlərin simvollarının fəlsəfəsindən danışıblar.

Tədbir çərçivəsində fakültənin Çinşünaslıq ixtisasında təhsil alan tələbələrinin kalliqrafik applikasiya dizaynı ilə hazırladıqları qadın geyimləri kolleksiyasının yer aldığı “Dəbli hieroqlif” adlı moda nümayişi olub.

Tədbirdə ənənəvi Yeni il şirlərinin rəqsləri təqdim olunub.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR