138 nəfər zəhərləndi
Bizi izləyin

Qırmızı.az

138 nəfər zəhərləndi

Bu il iyun ayı ərzində 126 qida zəhərlənməsi hadisəsi baş verib. Hadisələr nəticəsində 138 nəfər zəhərlənib. Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemologiya şöbəsindən məlumat verilib.

Ötən ay ərzində keçirilən monitorinqlər nəticəsində sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 64 müəssisənin sahibi inzibati qaydada cərimələnib, 11-i istintaqa cəlb edilib, 18 obyektin fəaliyyəti dayandırılıb, 20 nəfər isə işdən kənarlaşdırılıb.

İctimai-iaşə obyektlərindən 318 kimyəvi göstəricilər üzrə nümünə götürülüb, onların 8-nin nəticəsi qeyri-kafi olub. 420 mikrobioloji nümunədən 10-da qeyri-kafi, 72 toksikoloji göstəricidən 2-də qeyri-kafi, 1058 yaxmadan 4-də nəticələr qeyri-kafi olub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm