Qırmızı.az
“Anamdan, yoldaşımdan, uşağımdan utanıram...”
Binəqədi polisi oğurluq edənləri tutub. Polis İdarəsinin baş əməliyyat müvəkkili Vaqif Aslanovun Publika.az-a verdiyi məlumata görə, Qazax rayon sakini Emil Əmirxanov dostu, Neftçala rayon sakini Qiyas Baloğlanovla birlikdə paytaxtda mənzilləri qarət ediblər.
Emillə Dərnəgül mertostansiyasi ərazisində tanış olduğunu deyən Qiyas Baloğlanov bildirib ki, oğurluq təklifi Emildən gəlib:
"Mənə dedi ki, gəl, oğurluq edək. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində iki evdən 4 ədəd mobil telefon götürdük. Telefonları satıb, pullarını Emilə verdim. Mənə isə heç nə çatmadı".
Emil Əmirxanov isə imkansızlıqdan bu cinayətə əl atdığını söyləyir:
“Rayonda xəstə uşağım üçün pul lazım idi. Oğurladığım əşyaları satıb pulu rayona göndərirdim. Hadisə baş verən günü isə gecə saat 3 olardı. Gəzə-gəzə gəlib çıxdıq «Pasyolka Kirov»a. Orada boş ev gördük. Özümüz də içkili idik, eyni zamanda, əsəbi idim. Orada evə daxil olduq. Qiyas 2 mobil telefon götürdü, Mən isə yataq otağından planşet götürdüm".
Emil Əmirxanov ələ keçirdiyi planşeti “Neftçilər” metro stansiyasının yaxınlığındakı mağazaya 140 manata satıblar. Pulun 130 manatını Qazaxa xəstə uşağının dərmanını almaq üçün göndərib. Həbsxana həyatından qorxmayan E. Əmirxanov çirkin əməlinə görə ailə üzvlərindən utandığını da gizlətmədi:
"Cinayətdir, eləmişəm, cəzasını da çəkəcəm. Amma anamdan, yoldaşımdan, uşağımdan utanıram".
Faktla bağlı onlar barəsində Binəqədi Rayon Polis İdarəsində oğurluq maddəsi ilə cinayət işi başlanıb.
Simnarə
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO