Moskva metrosundakı qəzada ölənlərin sayı artır (Yenilənib)
Bizi izləyin

Qırmızı.az

Moskva metrosundakı qəzada ölənlərin sayı artır (Yenilənib)

Moskvada metropolitenində baş vermiş qəza nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsi rəisinin müavini Aleksandr Qavrilov jurnalistlərə məlumat verib. Yaralıların da sayı tam açıqlanmayıb. Bəzi KİV-lər 50, bəziləri isə 70-dək yaralının olduğu barədə məlumat yayıb.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında «Парк Победы» və «Славянский бульвар» stansiyalarının arasında 3 vaqonun relsdən çıxması nəticəsində baş verib.

17:08:04

İlkin məlumatlara görə, Moskva metrosunda qəza zamanı ölənlər və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Bu barədə Trend-ə Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev bildirib.

O deyib: "Bizə ölənlər və xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olması barədə məlumat daxil olmayıb".

Xatırladaq ki, Azərbaycan XİN ölkənin Rusiyadakı səfirliyinə Moskva Metropolitenində qəza nəticəsində həlak olanlar və zərərçəkənlər arasında respublika vətəndaşlarının olub-olmaması məsələsinə aydınlıq gətirilməsini tapşırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm