Qaçırılmış qızı 16 ildən sonra valideynləri tapdı – Fotolar
Bizi izləyin

Qırmızı.az

Qaçırılmış qızı 16 ildən sonra valideynləri tapdı – Fotolar

İyirmi yaşlı Olqa Romanoviçin dörd yaşı olarkən anasından oğurlanıb.

Oğurlanmış qızcığaz bir cüt qızıl sırğaya qaraçılara satılıb. Anası atasından boşandıqdan sonra Moldovadan Belarusa köçüb. Olqanı anası siqaret almağa gedərkən oğurlayıblar. Qızı satın alan ailə ona Mariya Preyda adını qoyub.

Olqa illər sonra Moldovada gözəllik yarışında iştirak edib. Bir neçə ildən sonra isə İnterpolun köməyi ilə o, bioloji valideynlərinə qovuşub. Lakin qız onu böyüdüb boya-başa çatdıran qaraçı ailəsinə minnətdardır.

O, qaraçı dilini öyrənməklə yanaşı rus məktəbində təhsil alıb. Həmçinin Olqa aşpazlığı öyrənib və saç ustası kimi fəaliyyət göstərib. O, 73 yaşlı nənəsinin inadı ilə valideynlərini axtarmaq qərarına gəlib. Ölümcül xəstə olan nənəsi deyib: “Həqiqi anan haqda məlumatım olsaydı, sənə mütləq deyərdim”.

Bundan sonra Olqa İnterpola müraciət edib və DNT analizinin köməyi ilə valideynlərini tapıb. Ata-anasını görən Olqa belə deyib: “Mən ağladım. Anam ağır xəstədir. O, demək olar, yaşamır sadəcə mövcuddur. Anam öz dünyasının bir küncündə yaşayır və mən onun sakitliyini pozmaq istəməzdim”.

Olqa baş verənlərlə bağlı anasını günahlandırmır. İndi o, anasının imkansızlıq üzündən varlı ailələrə satdığı 3 qardaşını axtarır.

Olqa artıq bioloji ailəsi tərəfindən qəbul edilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm