İki qəzetin adı "qara siyahı"ya düşdü
Bizi izləyin

Qırmızı.az

İki qəzetin adı "qara siyahı"ya düşdü

Mətbuat Şurasının (MŞ) "Reket jurnalistika"ya qarşı Mübarizə Komissiyası 2 KİV-in adının MŞ-nin "qara siyahı"sına salınmasına dair rəy çıxarıb.

MŞ-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu gün Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası iclasını keçirib. Komissiyanın sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iclasın gündəliyinə tövsiyə olunan məsələlər barədə məlumat verib. O bildirib ki, ümumilikdə 20 kütləvi informasiya vasitəsi barədə məsələnin müzakirəsi nəzərdə tutulub. Bunlardan 4-ü Şuranın Şikayətlər üzrə Komissiyası, digərləri isə MŞ Katibliyi tərəfindən təqdim olunub.

Komissiya üzvləri araşdırmalardan sonra 2 KİV-in adının MŞ-nin "qara siyahı"sına salınmasına dair rəy çıxarıblar. Bunlar "Kafkaz news" və "Azad Azərbaycan Respublikası" qəzetləridir. "IV hakimiyyətin səsi" qəzetinə isə Azərbaycan Mətbuat Şurasının xəbərdarlığının olunması məqsədəmüvafiq sayılıb.

"Azpolitika" gündəlik ictimai-siyasi online qəzeti (azpolitika.info) barədə çıxarılan rəydə bu xəbər portalından şikayət doğuran materiallarda "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın prinsip və bəndlərinin tələblərinin pozulduğu göstərilib. Bütün bunları sayt rəhbərlyinin nəzərinə çatdıran komissiya ona gələcək fəaliyyətində bu kimi halların təkrarlanmamasını tövsiyə edib.

İclasda digər məsələlər ətrafında da müzakirələr aparılıb, görüləcək tədbirlər müəyyənləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm