Qırmızı.az
Bu gün Qədr gecəsinin ilk əhyasıdır
Mübarək Ramazan ayının şah zirvəsi olan Qədr
gecəsinin əhyaları yaxınlaşmaqdadır. Qədr gecəsi elə bir gecədir
ki, 1000 aydan üstündür. Bir gecədir ki, onun 1000 ay cihaddan,
1000 ay ibadətdən, 1000 ay səltənət etməkdən üstün olduğu buyrulub.
Bu, elə bir şərafətli gecədir ki, insanların ruzisi, onların
əcəlləri və digər işləri bu gecədə təyin edilir. Bu, bir gecədir
ki, onda Quran nazil olunub. Bu əzəmətli gecənin mübarəkliyi
Qurani-Kərimin özündə bildirilir.
Qədr gecəsi üçün əhyalar Ramazan ayının 18-dən
19-na (bu il üçün iyulun 16-dən 17-nə), 20-dən 21-nə (iyulun 18-dən
19-na), 22-dən 23-nə (iyulun 20-dən iyulun 21-nə) keçən gecələri
əhatə edir.
Mübarək Ramazan ayının mühüm proqramlarından biri
olan Qədr gecəsi haqqında:
Qədr gecəsi - elə bir gecədir ki, 1000 aydan
üstündür. Bir gecədir ki, onun 1000 ay cihaddan, 1000 ay ibadətdən,
1000 ay səltənət etməkdən üstün olduğu buyrulub. Bu elə bir
şərafətli gecədir ki, insanların ruzisi, onların əcəlləri və digər
işləri bu gecədə tə’yin edilir. Bu bir gecədir ki, onda Qur’an
nazil olunub. Bu əzəmətli gecənin mübarəkliyi Qur’ani-şərifin
özündə bildirilir.
Əhli-beytə (ə) istinadən nisbət verilən hədislərdə
bildirilir ki, «..Mələklər Qədr gecəsi Yerə enirlər və Yer üzünə
yayılırlar; mö’minlərin məclislərinə baş çəkirlər, onları
salamlayırlar və onların duaları üçün «Amin!» deyirlər. Və bu
vəziyyət dan yeri sökülənədək davam edir». Və yenə bildirilir ki,
«..Bu gecə ağvalideynlərdən, sileyi-rəhmi (qohumlarla əlaqəni)
kəsənlərdən, içki içənlərdən və qəlbində bir mö’minə qarşı
düşmənçilik hissi olan şəxslərdən başqa, heç kimin duası Allah
dərgahından geri qaytarılmaz».
Qədr gecəsi ilə əlaqədar
tövsiyələr:
1. Gecəyə qədər, Allahdan bu gecənin bərəkətindən
istifadə etmək ləyaqətini əldə etmək üçün dua
etmək;
2. Qədr gecəsinin keçirilmə keyfiyyətini
əvvəlcədən proqramlaşdırmaq;
3. Qədr gecəsində əhya saxlayacağını (oyaq
qalacağını) nəzərə alaraq, gecəyədək dincəlməyi
unutmamaq;
4. Qədr gecəsi başlananadək, Allah dərgahında
səmimi surətdə tövbə edib, qəlbində bütün mö’minlərin öz üzərində
haqqını halal etmək;
5. Əhya niyyətilə qüsl almaq; 2 rükət əhya namazı
qılmaq; təvəssül əməlini və Qədr gecəsinə aid müfəssəl kitablarda
göstərilmiş digər əməlləri yerinə yetirmək;
6. Allahdan özü üçün və digər müsəlmanlar üçün
çox-çox bağışlanmaq istəmək; Qur’an oxumaq; qəza namazları varsa,
onların qılınmasına vaxt ayırmaq; İslam maarifi ilə məşğul
olmaq.
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region18 Aprel 21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO