Qırmızı.az
Azərbaycanlılar Jirinovskini məhkəməyə verdi
Moskvanın Tver məhkəməsi hüquqşünas olan Məmmədovlar ailəsinin Rusiya Liberal-Demokratlar Partiyasının lideri Vladimir Jirinovskiyə qarşı irəli sürdüyü iddiasına baxır.
AzVision.az-ın Rusiyanın “İzvestiya” qəzetinə istinadən verdiyi
məlumata görə, Məmmədovlar öz iddia ərizəsində Jirinovskinin
Azərbaycan xalqının şərəf və ləyaqətini alçaltdığını
bildirirlər.
Bundan əlavə, Məmmədovlar ailəsi Rusiya Dövlət Dumasının da
məsuliyyətə cəlb olunmasını istəyirlər. Onların fikrincə, məhz
Dumanın iclasında azərbaycanlılara qarşı qərəzli fikirlər
səsləndirilib.
Sadiq və Elmira Məmmədova LDP liderini məhkəmə qərarından dərhal
sonra Rusiya Dövlət Dumasının ən yaxın iclasında öz fikirlərini
təkzib etməyi tələb edirlər. Millətin, xüsusilə onların ailəsinin
şərəf və ləyaqətinin alçadılması ilə bağlı Məmmədovlar
Jirinovskidən vurduğu zərər müqabilində 100 milyon rubl tələb
edirlər. Onların tələbinə görə, parlamentin Aşağı Palatası
Jirinovskini təkzibi verməyə məcbur etməlidir.
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO