Bakı-Rusiya yolu 16 km qısaldılır
Bizi izləyin

Qırmızı.az

Bakı-Rusiya yolu 16 km qısaldılır

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132-192-ci kilometrlik hissəsində 1b texniki dərəcəli yeni yolun tikintisi davam etdirilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Trend-ə bildirib ki, Şabran rayonunun Gəndov qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək uzanacaq yolun uzunluğu 60 km olacaq. Layihəyə əsasən, 8 yolötürücüsü, 15 körpü, kəndlərarası yollarda keçid məqsədilə 16 düzbucaqlı boru, beynəlxalaq qaz və neft boruları üzərində 7 yükgötürücü qurğu, 280 yerdə müxtəlif diametrli borular və dəmir-beton qurğuların inşası nəzərdə tutulub.

Yol boyu torpaq işlərinin 80 faizi yerinə yetirilib, 8 km məsafədə 2 qat asfalt-beton örtük döşənib, suötürücü boru və qurğuların 90 faizi tikilib. Hazırda tikinti işləri tərtib olunmuş qrafik əsasında davam etdirilir.

Mpvcud 2 hərəkət zolaqlı Bakı-Rusiya avtomobil yolunun alternativ variantı olacaq bu layihə başa çatdıqdan sonra həmin istiqamətdə 16 km məsafəni qısaltmaqla yanaşı, nəqliyyat vasitələrinin fasiləsiz, maneəsiz və sürətli hərəkətini təmin edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm