İşə qəbul üzrə elektron ərizələrin qəbulu başa çatıb
Bizi izləyin

Qırmızı.az

İşə qəbul üzrə elektron ərizələrin qəbulu başa çatıb

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu başa çatıb.

Publika.az-ın məlumatına görə, iyulun 1-dən başlayan müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu dünən saat 18:00-da başa çatıb.

Bu gündən etibarən iyulun 19-dək imtahan qrupları formalaşdırılacaq, hər bir müsabiqə iştirakçısının “Şəxsi səhifə”sinə imtahanın vaxtı və yeri barədə məlumat göndəriləcək. İmtahanlara iyulun 21-dən başlanılması nəzərdə tutulub.

Qeyd edək ki, bu il təhsil nazirinin “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi haqqında” əmrinə uyğun olaraq keçirilən müsabiqəyə 2974 vakant yer çıxarılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm