• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qardaşının ölüm xəbərini eşidib intihar etmək istədi

Qardaşının ölüm xəbərini eşidib intihar etmək istədi

Şəmkir Rayonunda qadın bıçaqla özünə xəsarət yetirərək intihara cəhd edib.

Şəmkir Rayon Polis Şöbəsindən Publika.az-a verilən məlumata görə, rayonun İrimaşlı kənd sakini 27 yaşlı Aygün Qurbanova qardaşına görə bu addımı atıb.

Məlumata görə, hadisədən bir gün əvvəl A. Qurbanovanın Rusiya Federasiyasında yaşayan qardaşı Vüqar Qurbanov idarə etdiyi maşınla qarşıdan gələn TİR markalı yük maşını ilə toqquşub.

Nəticədə, aldığı zərbələrdən dünyasını dəyişib.

Polis Şöbəsindən bildirilib ki, mərhumun avtomobili yuxulu idarə etdiyindən qəza törətdiyi bildirilir. Ölüm xəbərini yaxınları bilsə də, ailə üzvlərinə onun yaralı olduğu deyilib. İntihara cəhd edən Aygün həyətdə yas mağarının qurulduğunu görüb bıçaqla özünə qəsd edib. Bədənin bir neçə yerindən, eyni zamanda, ciyər və qol nahiyələrinə xəsarət yetirən qadın təcili olaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Publika.az-a bildirildi ki, onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Hazırda reanimasiyadadır.

Faktla bağlı araşdırmalar aparılır.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR