• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Həyat yoldaşını bıçaqlayan kişi sərbəst buraxıldı

Həyat yoldaşını bıçaqlayan kişi sərbəst buraxıldı

Bakıda kişi həyat yoldaşını bıçaqlayıb. Binəqədi Rayon Polis İdarəsindən Publika.az-a verilən məlumata görə, hadisə Binəqədi şossesində baş verib.

Orada yaşayan 65 yaşlı Şahlar Məlikov münaqişə zəminində həyat yoldaşı 47 yaşlı Mətanət Əliyevanı bıçaqlayaraq ona bədən xəsarəti yetirib. Ş. Məlikov törətdiyi cinayətə görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanıb.

O, istintaqa bildirib ki, həyat yoldaşı ilə evdə aralarında mübahisə yaranıb. Bu zaman o, əsəbiləşərək mətbəxdəki bıçaqla qadının üzərinə hücum çəkib. M.Əliyeva qol nahiyəsindən yaralanıb.

Şahlar Məlikov istintaqa cəlb edildikdən sonra ifadəsi alınıb və sərbəst buraxılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Simnarə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR