Azərbaycanlı “vor zakon”un həbs edilmə anı -VİDEO
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı “vor zakon”un həbs edilmə anı -VİDEO

Xəbər verdiyimiz kimi, Sankt Peterburqda azərbaycalı qanuni oğru Əli Heydərov həbs olunub. Kriminal aləmdə “Albert Rıjiy”, “Alik Qandjinskiy” ləqəbləri ilə məşhur olan Heydərov soyğunçuluq faktı ilə bağlı axtarışda idi.

İndiyədək “ələkeçməz” imici ilə məşhurlaşan azərbaycanlı avtoritetin tutulması üçün Rusiya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı “Tayfun” qrupu səfərbər edilib.

Publika.az xəbər verir ki, Türkiyədəki məlum atışmadan sonra Albert Rıjiy Rusiyaya gələrək Sankt-Peterburqda gizlənirdi.

Lakin onu burada da axtarırlar. O, 2013-cü ildə baş vermiş bir soyğunçuluq hadisəsinə görə ittiham olunur. Belə ki, həmin vaxt internetdə “JEEP” avtomobilinin sərfəli qiymətə satıldığı haqda elan yerləşdirilib. Avtomobili almaq istəyən müştərilərdən biri görüş yerinə gələrkən cinayətkarlar onu soyub, pulunu alıblar. Cinayət işini Sankt-Peterburqun Fruzenski rayonunun prokurorluğu nəzarətə götürüb. İstintaq müəyyən edib ki, cinayət işinin təşkilatçısı Əli Heydərovdur.

Qeyd edək ki, Əli Heydərov məşhur qanuni oğru Aslan Usoyanın (Ded Xasan) klanına daxildir. Məhz Ded Xasanın xeyir-duası ilə Heydərov 2012-ci il sentyabrın 22-də oğru tacı ilə mükafatlandırılıb.

Ded Xasanın öldürülməsindən sonra Əli Heydərova da dəfələrlə sui-qəsd olub.

Bu ilin martında Moskva polisi onu öldürmək istəyən muzdlu qatillər – Aleksey Şapurut və Ruslan Koryagini həbs etdi.

Aprelin 7-də isə polis bu sui-qəsdi təşkil edən, killerlərə Əli Heydərovu öldürməyi sifariş verən İlham Hacıyev adlı şəxsin izinə düşdü.

Mayda Heydərov Türkiyəyə getdi. İyunun 1-də ona növbəti sui-qəsd təşkil olundu. Amma bu dəfə də Albert Rıji salamat qurtula bildi.

İyunun 9-da isə Ədirnə şəhərində Lexa İrkutski adlı avtoritet onu “razborkaya”çağırdı. Görüş vaxtı atışma düşdü, hətta bir türk polisi öldürüldü. Əli Heydərov isə yenə aradan çıxa bildi.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm