Xırda biznes qətlə səbəb oldu
Bizi izləyin

Qırmızı.az

Xırda biznes qətlə səbəb oldu

Goranboyda qətl olub. Publika.az-ın məlumatına görə, hadisə Goranboyun Goran qəsəbəsində qeydə alınıb.

Rayon sakin 35 yaşlı Samır Alıyev şəxsi mübahisə zəminində həmyerlisi 33 yaşlı Ruslan Nuriyevə bıçaq zərbəsi vurub. Yaralı yaxınlarının köməyilə Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağırlaşdığından Ruslan Nuriyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada keçinib.

Hadisəni törədən Samir Alıyev isə Goranboy polisi tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.

Goranboy Rayon Polis Şəbəsindən Publika.az-a bildirilib ki, saxlanılan şəxsin izahatı alınıb. Məlum olub ki, hər iki şəxs Goran qəsəbəsində kiçik ticarətlə məşğuldular. Elə bıçaqlanma hadisəsi də tərəflər arasında alverlə bağlı yaranan mübahisə zəminində olub.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm