Şeyx “Nur camaatı”ndan 250 min dollar alıbmı? - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Şeyx “Nur camaatı”ndan 250 min dollar alıbmı? - ÖZƏL

"Dialoq Avrasiya" Platformasının Azərbaycan üzrə sədri Mustafa Saatçı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin güya “Nur camaatı”ndan 250 min dollar pul alması və bunun müqabilində onlara məscid açmasına icazə verilməsi barəd

"Dialoq Avrasiya" Platformasının Azərbaycan üzrə sədri Mustafa Saatçı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin güya “Nur camaatı”ndan 250 min dollar pul alması və bunun müqabilində onlara məscid açmasına icazə verilməsi barədə mediada yayılan məlumatlara münasibət bildirib.

M.Saatçı Publika.Az-a açıqlamasında sözügedən məlumatın yayılmasının təxribat xarakteri daşıdığını söyləyib: “Əvvələn,Fətullah Gülənin Hizmət hərəkatı və nurçuluq ayrı-ayrı məsələlərdir. İkincisi, əlbəttə ki, bu cür məlumatların yayılması təxribat məqsədi daşıyır. Mən bu məlumatı təxribat hesab edirəm. Heç inanmıram da ki, belə bir şey olsun!”.

Qeyd edək ki, Fətullah Gülən icması Səid Nursinin ardıclıları sayılan nurçu icması ilə yaxın icmalar hesab olunur . “Dialoq Avrasiya” isə Hizmət hərəkatı tərəfindən yaradılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm