• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Temperatur 40 dərəcə olacaq

Temperatur 40 dərəcə olacaq

Yaxın iki gün ərzində Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə nisbətən yüksələcək. Ölkənin bəzi ərazilərində havanın temperaturu 40 dərəcə isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a bildirib ki, iyulun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Şimal-qərb gündüz cənub-şərq şərq küləyi ilə əvəz olunacaq.


Bakıda və Abşeron yarımadasında gecə 22-26, gündüz 32-37 dərəcə isti təşkil edəcək.

İyulun 18-də isə Bakıda və Abşeron yarımadasında gündüz saatlarında 33-38 dərəcə isti gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 17-də hava əsasən yağmuruz olacaq. Lakin axşam bəzi kənar qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 33-38, bəzi yerlərəd 40, dağlarda gecə 11-16, gündüz 24-29 dərəcə isti olacaq.

Eyni temperaturun iyulun 18-də də müşahidə ediləcəyi gözlənilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR